“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir.

 

. İdxal olunan məhsulların keyfiyyəti və bazar üçün novatorluğu müştərilərin marağına səbəb olduğundan bu gün artıq fəaliyyətimizi Bakının müxtəlif bölgələrində 5 mağaza ilə davam etdirməkdə və günü-gündən böyüməkdəyik. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Hazırda 5 mağazamızdan 3-ü Nərimanov rayonu ərazisində - Həsən Əliyev küçəsi 50, Müzəffər Nərimanov küçəsi 40 və Eurohome Tikinti Bazarı ərazisində yerləşir. Digər 2 mağazamız isə Ağ şəhər və Sədərək T/M-inin Təsərrüfat bazarında müştərilə xidmət göstərir. Bundan başqa, ölkəmizin müxtəlif(28) regionlarında topdan satış həyata keçirir və yaxın gələcək üçün pərakəndə bazarımızı regionlara daşımaq yolunda uğurla irəliləməyi planlayırıq. Uğurlarımıza stimul verən başlıca göstərici məhsullarımızın keyfiyyəti ilə qazandığımız müştəriləri məmnuniyyətidir.

 

Mağazalarımızda Türkiyə, İspaniya, Hindistan və İranın öndəgedən şirkətlərinin zövqlü məhsullarını müştərilərimizə təqdim edirik.

Şirkətimiz İspaniyanın məşhur, dəbli kafel-metlax istehsalçılarından “Prissmacer”, Hindistanın sənət əsəri təsiri bağışlayan keramoqranitlərinin istehsalçısı “Livolla Granito”, Türkiyədə tikinti kimyəviləri sahəsində öz sözünü demiş “Aragonit”, hovuz avadanlıqları sahəsində ən perspektivli şirkətlərdən “Asyalıplastik”, mozaikalarıyla məşhur “Ertekin” və İranın ən böyük kafel-metlax şirkətlərindən “Persepolis tile” ilə əməkdaşlıq edir və həmin şirkətlərin Azərbaycandakı rəsmi tərəfdaşıdır. Bundan başqa, kafel-metlax, keramoqranit, hovuz avadanlıqları sahəsində tanınmış “Seranit”, “Söğütsan”, “Altinaylar”, “Termal Seramik”, “Atlaspool” kimi şirkətlərin keyfiyyətli məhsullarının ölkəmizdə satışını həyata keçirir.

 

Əlaqə üçün

+994 70 344 31 36 / info@az-dizayn.az

Discover campaigns and more on mobile app
You can use Azdizayn both in your mobile and web. Enjoy your shopping.